Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşdirilməsi idarəetmənin təkmilləşdirilməsinə gətirib çıxaracaq".
Bunu Baku TV-yə açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Yeni yaranan agentlik nələri dəyişəcək? - VİDEO
Onun sözlərinə görə, qısa müddətdə xüsusi bir dəyişiklik olmasa da, orta və uzunmüddətli dövrdə inzibati xərclərin azalmasına gətirib çıxara bilər.
"Bu agentliklərin birləşdirilməsinin üç istiqamətdə xeyirli olacağını proqnozlaşdırmaq olar. Birincisi, idarəetmə xərcləri azalacaq. İkincisi, informasiya sistemləri mərkəzləşəcək. Təbii ki, mərkəzləşmə olanda onların məlumat bazaları birləşəcək. Nəticədə qərarvermə sürətlənəcək, məlumatlar inteqrasiya olunacaq və sosial siyasətin inteqrasiyası da güclənəcək", - deyə X.Kərimli sözlərinə əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.