ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter bildirib ki, Rusiya ordusu cəbhənin bəzi hissələrində qismən uğur qazanaraq Ukraynanın müdafiə xəttini yara bilib. Keçmiş amerikalı kəşfiyyatçı “Tour of Duty” YouTube kanalına müsahibəsində bildirib ki, müharibənin sonunda Odessa, Xarkov, Nikolaev və Dnepropetrovsk Rusiyanın tərkibinə daxil olacaq.
Hafta.az-ın “Regnum”a istinadən yazdığına görə, Ukrayna ordusu ölən əsgərləri əvəz edə bilmədiyi üçün Rusiya Silahlı Qüvvələrinin cəbhənin ayrı-ayrı hissələrini yarmağa başladığını bildirən Ritter, rus əsgərlərin bu vəziyyətdən yararlanaraq müxtəlif hissələrdən keçməyə başladığını iddia edib.
Skott Ritter, "Fərziyyə ondan ibarətdir ki, hər şey sentyabra qədər bitəcək. Hər şey bitdikdən sonra Ukraynanın xəritəsi indiki kimi olmayacaq. Odessa, Nikolayev, Dnepropetrovsk və Xarkov da rus torpaqlarına çevriləcək” deyib.
Ritter həmçinin qeyd edib ki, Ukrayna ordusu döyüş meydanında tam iflasa uğrayıb və tezliklə elə an gələcək ki, Rusiya Silahlı Qüvvələrini heç nə dayandıra bilməyəcək.
Regnum-un hesabatında Britaniyanın “Sky News” telekanalı da oxşar iddialarla çıxış edərək, rus qoşunlarının Odessa və Ukraynanın bütün Qara dəniz sahillərini ələ keçirməklə qətiyyətli hücuma keçə biləcəyini bildirib.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl demişdi ki, Odessa Rusiya şəhəridir və onu hamı yaxşı bilir.
Ritter daha əvvəl iddia etmişdi ki, Polşa, Rumıniya və Macarıstan Ukrayna ərazisini öz aralarında bölüşə bilər və bu, ölkənin tamamilə dağılmasına gətirib çıxaracaq.
O, məsələnin Rusiyanın Xarkov və Odessanı ala biləcəyi ilə məhdudlaşmadığını, Polşanın tarixən Qərbi Ukraynanı parçalamağa cəhd edə, Macarıstanın Transkarpatya üzərində hüquqlarını elan edə biləcəyi, Rumıniyanın da maraqlarının olduğunu iddia edib.
Oxşar iddialar Britaniyanın “Daily Express” qəzetində yer alıb və bildirilib ki, amerikalı siyasətçilər Ukraynanın münaqişəyə son qoymaq üçün parçalanmalı olduğunu başa düşürlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta