AZ

"QatarEnergy" fors-major elan etdi

"QatarEnergy" şirkəti İtaliya, Belçika, Cənubi Koreya və Çinə mayeləşdirilmiş təbii qazın tədarükü üzrə bəzi uzunmüddətli müqavilələrində fors-major elan edib.

Bakıvaxtı.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Daha əvvəl bu cür planlar barədə "QatarEnergy"nin baş direktoru və energetika məsələləri üzrə nazir Səəd bin Şəridə əl-Kaabi xəbərdarlıq etmişdi.

Əl-Kaabi bildirmişdi ki, İranın zərbələri səbəbindən Qətər ölkənin mayeləşdirilmiş təbii qazı üzrə ixrac güclərinin 17%-ni itirib.

Seçilən
15
3
bakivaxti.az

4Mənbələr