AZ

Azərbaycan millisi Bolqarıstanla oyunu heç-heçə bitirdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununa çıxıb.


Manset.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.

“Xristo Botev” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə yekunlaşıb.

Komandamızın heyətində Əli Bəşirov fərqlənib. O 39-cu dəqiqədə penaltini qola çevirə bilib.

Seçilən
6
3
manset.az

6Mənbələr