AZ

Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı

style='margin-bottom:10px;'>

Çexiyada danışılmış oyunlar və mərc qalmaqalı ilə bağlı genişmiqyaslı polis əməliyyatı keçirilib.

QOL.az xəbər verir ki, "infotbal.cz" portalının yaydığı məlumata görə, əməliyyat İnterpol və UEFA-nın antikorrupsiya bölməsi ilə birgə aparılan 3 illik araşdırmanın nəticəsi olaraq reallaşdırılıb. Bildirilir ki, korrupsiya halları aşağı liqalardan tutmuş yüksək diviziona və hətta yeniyetmə turnirlərinə qədər uzanır.

Şübhəlilər arasında yüksək liqa ilə əlaqəsi olan bir şəhərin meri və elit oyunları idarə edən hakimlərin də olduğu qeyd olunur.

Qeyd edək ki, Çexiya futbol rəhbərliyi məsələ ilə bağlı təcili iclas çağırıb və yaxın vaxtlarda yeni detalları açıqlayacaq.

Seçilən
36
1
teleqraf.com

2Mənbələr