ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
“Volksvagen” və onun törəmə şirkəti “Cupra” dünyada 94 mindən çox elektrik avtomobilini yanğın təhlükəsi səbəbindən geri çağırır.
Axar.az xəbər verir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi məlumat yayıb.
Məlumata görə, yüksək gərginlikli batareya modulları avtomobilin hərəkət məsafəsini azalda və hətta yanma təhlükəsi yarada bilər. Hazırda bu problem nəticəsində insanların xəsarət alması barədə məlumat yoxdur.
Qeyd edək ki, 75 min “Volksvagen” və 19 min “Cupra” avtomobili geri çağırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.