Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr fonunda Avropada neft məhsullarının qiymətləri yüksəlir və tarixi maksimuma yaxınlaşır.
Aznews.az xəbər verir ki, bunu "Platts" agentliyinin məlumatları göstərir.
Hesabata əsasən, az kükürdlü qazoylun fyuçersləri 17,25 dollar artaraq 1 349,25 dollara çatıb ki, bu da 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyədir.
Eyni zamanda, dizelin spot qiymətləri əvvəlki rekordları aşıb:
- Avropanın şimal-qərbində - 1 505,25 dollar (hər tona görə;
- Aralıq dənizində - 1 470,75 dollar.
"Insights Global"ın məlumatına görə, Amsterdam-Rotterdam-Antverpen mərkəzində dizel və qazoyl ehtiyatları həftəlik olaraq 4,79 % azalaraq 2,089 milyon tona düşüb.