
ABŞ və bir qrup vasitəçi ölkə Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün 26 martda yüksək səviyyəli danışıqların keçirilməsi ehtimalı ilə bağlı İranın cavabını gözləyir.
Missiya.Az "APA"ya istinadən xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
"ABŞ və regiondan bir qrup vasitəçi cümə axşamı günü yüksək səviyyəli sülh danışıqlarının keçirilməsi ehtimalını müzakirə edirlər. Lakin onlar hələ də Tehrandan cavab gözləyirlər", - məlumatda deyilir.