Bakı, 24 mart, AZƏRTAC
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası FIBA tərəfindən açıqlanan son reytinqində mövqeyini yaxşılaşdırıb.
AZƏRTAC xəbər verir ki, millimiz əvvəlki siyahı ilə müqayisədə 5 pillə irəliləyərək 99-cu sırada qərarlaşıb.
Qadınlardan ibarət Azərbaycan milli komandası da reytinqdə yüksəlişə nail olub. Yığma 10 pillə irəliləyərək 93-cü pilləyə yüksəlib.
Müxbir - Cavid Əliyev