Xətdə yalnız 2-3 avtobus var. Onların da intervalı 40 dəqiqə, bəzən də 1 saata yaxın olur.
NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə Binəqədi rayon, Mirmahmud Kazlmovski küçəsinin sakinləri müraciət ediblər.
Sərnişinlər bildirirlər ki, iş günlərində, xüsusən də pik saatlarda 52 saylı marşrut xəttindəki avtobusa minmək olmur.
Ərazidə yaşayan sakinlər deyirlər ki, 52 saylı marşrutdakı avtobuslar gec gəldiyindən uzaq məsafə qət edib başqa avtobuslara minməyə məcbur olurlar. Sərnişinlərin sözlərinə görə. Problemin səbəbi xətdə cəmi 2-3 köhnə avtobusun olmasıdır.
Sakinlərin sözlərinə görə, bu problem illərdir davam edir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, avtobusların sayı artırılmır.
52 nömrəli avtobusun sürücüləri problemlə bağlı danışmaq istəmədilər. Daşıyıcı şirkətdən isə bildirildi ki, marşrut xətləri üzrə avtobus sayı mövcud tələbata uyğun olaraq tənzimlənir. Tələbat artacağı təqdirdə, xətt üzrə nəqliyyat vasitələrinin sayına baxmaq mümkündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.