AZ

Salah İngiltərənin "Liverpul" klubu ilə bağlı qərarını açıqladı

BAKI, 25 mart. TELEQRAF

Misirli futbolçu Məhəmməd Salah mövsümün sonunda İngiltərənin Liverpul klubundan ayrılacaq.

Teleqraf xəbər verir ki, o bu barədə sosial mediada yazıb.

O bildirib ki, "Liverpul" sadəcə bir futbol klubu deyil; bu, ehtiras, tarix və ruhdur. Bunu bu klubun üzvü olmayanlara sözlə izah edə bilmərəm", - Salah dedi.

Misirli futbolçu 2017-ci ildən Liverpulda oynayır. Klubla iki İngiltərə Premyer Liqası titulunu və Çempionlar Liqasını qazanıb.

Seçilən
62
teleqraf.com

1Mənbələr