AZ

Ukraynanın qərb bölgəsinə dron hücumu edilib, Lvovda 10-dan çox insan xəsarət alıb  

Martın 24-ü axşam saatlarında Ukraynanın demək olar ki, bütün qərb bölgələri dronların hücumuna məruz qalıb. Lvova zərbələr endirilib, Ternopil, İvano-Frankovsk və Vinnitsada da partlayış səsləri eşidilib.

AZƏRTAC xəbər verir ki, Lvov şəhər meri Andrey Sadovıyın məlumatına görə, Lvovda yaşayış binalarına zərbələr qeydə alınıb, bir dron şəhər mərkəzinə düşüb. Əsasən “Soborna” meydanındaki yaşayış binaları hücuma məruz qalıb, 13 mülki şəxs xəsarət alıb. UNESCO-nun irs siyahısında olan tarixi binaya ziyan dəyib.

İvano-Frankovsk, Ternopol və Vinnitsada da hava hücumundan müdafiə sistemi intensiv şəkildə işləyib.

Seçilən
1
3
azerbaijan-news.az

4Mənbələr