AZ

Qazaxda 2 hektarlıq sahədə yanğın olub

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax rayonu, Daşsalahlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə SİA-ya FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 2 ha sahədə qamışlıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
14
sia.az

10Mənbələr