AZ

Həyat üçün əlverişli yeni planetlər kəşf edildi

Amerikalı alimlər nəzəri cəhətdən həyatın mümkün olduğu onlarla yeni planet müəyyən ediblər.

Milli.Az xəbər verir ki, araşdırmaların nəticələri Monthly Notices of the Royal Astronomical Society nəşrində dərc olunub.

Məlumata görə, alimlər empirik yaşayış zonasında yerləşən 45 qayalıq planet və həyat üçün əlverişli hesab olunan daha dar üçölçülü zonada 24 obyekt aşkarlayıblar.

Kəşflər arasında Proxima Centauri b ekzoplaneti diqqət çəkir. O, Yerdən təxminən 4.2 işıq ili məsafədə yerləşir və həyat üçün potensial olaraq yararlı ən yaxın planetlərdən biridir.

Mütəxəssislər qeyd edirlər ki, bu planetlər hazırda Yer kürəsindən o qədər uzaqdadır ki, onlara fiziki olaraq çatmaq və nəzəriyyələri təsdiqləmək mümkün deyil. Buna baxmayaraq, əldə edilən məlumatlar kosmosda həyat üçün perspektivli sahələrin axtarışını dəqiqləşdirməyə imkan verir.

Alimlər vurğulayırlar ki, yaşayış zonalarının müəyyən edilməsi, həyat üçün şəraitin mövcud ola biləcəyi ekzoplanetlərin daha səmərəli aşkarlanmasına kömək edir.

Milli.Az

Seçilən
10
1
milli.az

4Mənbələr