AZ

Küveyt beynəlxalq hava limanında yanacaq çəni dron hücumuna məruz qalıb

BAKI, 25 mart. TELEQRAF

Küveyt beynəlxalq hava limanında yerləşən yanacaq çəni pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin Mülki Aviasiya Baş İdarəsinə istinadla məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində ərazidə yanğın baş verib.

Məlumata görə, dərhal fövqəladə xidmətlər və yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub və alovun qarşısı alınıb.

Qeyd olunur ki, hadisə zamanı xəsarət alan olmayıb, yalnız maddi ziyan qeydə alınıb.

Seçilən
39
teleqraf.com

1Mənbələr