İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri təxminən 290 ABŞ hərbçisi yaralanıb.
Musavat.com xəbər verir ki, məlumatı CNN-ə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü açıqlayıb.
CENTCOM-un məlumatına görə, son bir həftə ərzində bu rəqəm 90 nəfər artıb. 290 yaralıdan 255-i xidmətə qayıdıb, 10-u isə ağır vəziyyətdədir.
Bu günə qədər döyüşdə 13 amerikalı hərbçi həlak olub.
Musavat.com