AZ

Ukrayna Rusiyanın Baltikdəki ən böyük limanını da vurdu: Güclü yanğın başlayıb

Ukrayna Rusiyanın ikinci böyük neft terminalına uğurlu dron zərbəsi endirib.

Musavat.com xəbər verir ki, Leninqrad vilayətində ötən gecə həyata keçirilən dron hücumundan sonra Ust-Luqa limanında yanğın baş verib. Məlumatı regionun qubernatoru Aleksandr Drozdenko açıqlayıb.

İlkin itkilər barədə məlumat yoxdur. Rusiya tərəfi bölgədə ümumilikdə 33 dron məhv edildiyini açıqlayıb.

Ust-Luqa Baltik dənizində ən böyük və Rusiyada Novorossiyskdən sonra ikinci ən böyük limandır.

Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidmətinin məlumatına görə, 25 mart gecəsi Sankt-Peterburqun Pulkovo hava limanında uçuşlar məhdudlaşdırılıb. Ümumilikdə altı hava limanında məhdudiyyətlər tətbiq edilib.

Xatırladaq ki, martın 24-nə keçən gecə Ukrayna Rusiyanın Leninqrad vilayətində daha bir böyük terminalına - Primorska ağır zərbə endirib. Terminalda yanğın hələ də davam edir.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr