AZ

Sorry, “Sora” bağlanır OpenAI üzrxahlıq etdi

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AzVision.az bu barədə “Sora”nın X platformasında yaydığı açıqlamaya istinadən məlumat verir. Açıqlamada layihə ilə vidalaşıldığı bildirilib. "Platforma ətrafında formalaşan icmaya təşəkkür edirik. Sora vasitəsilə yaradılan işlər önəmli idi və bu qərarın məyusluq doğuracağını anlayırıq”, – deyə qeyd olunub. Qərarın səbəbləri rəsmi şəkildə açıqlanmayıb. Bununla belə, texnologiya müşahidəçiləri bir neçə mümkün amili önə çəkirlər. Ekspertlər hesab edirlər ki, yüksək hesablama resursları tələbi, təhlükəsizlik və kontent nəzarəti ilə bağlı risklər, eləcə də hüquqi və etik məsələlər belə qərara təsir etmiş ola bilər. “Sora”nın ayrıca məhsul kimi deyil, gələcəkdə daha geniş süni intellekt platformalarına inteqrasiya edilə biləcəyi istisna edilmir. Şirkətin prioritetlərini yenidən müəyyənləşdirməsi də ehtimal olunan səbəblər sırasındadır. M. Həsənli Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
azvision.az

2Mənbələr