AZ

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyətinə qadağa qoyulub?

Sumqayıtda məhəllələrdə tikilən xeyir-şər evlərinin istifadəsinə icazə verilmədiyi, bir çox məhəllədə xeyir-şər evlərinin qaz, işıq və su sayğaclarına möhür vurulduğu bildirilib.

NOCOMMENT.az xəbər verir ki, sakinlərin iddiasına görə, onlara xeyir-şər evlərində hər hansı mərasimin keçirilməsinə şəhər rəhbərliyi tərəfindən qadağa qoyulduğu deyilib.

“İndi ancaq domino, nərd oynayırıq. Artıq bir müddətdir ki, xeyir-şər evlərindən təyinatı üzrə istifadə edə bilmirik”, deyə sakinlər Tiraj.az-a bildirib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq və qurumdan yayılan məlumatlara rəsmi münasibət bildirilib.

İcra Hakimiyyətinin cavabında qeyd olunur ki, şəhərdə xeyir-şər evlərinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və bu istiqamətdə hər hansı tapşırıq verilməyib.

Məlumatda bildirilir ki, xeyir-şər evlərində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı ilə bağlı texniki yenilənmə işləri aparılıb: “Bu çərçivədə qaz sayğacları yenilənib, yeni müqavilələrin bağlanması prosesi həyata keçirilib. Aparılan işlər səbəbindən qaz təchizatında müvəqqəti fasilə yaranıb”.

İcra Hakimiyyəti onu da qeyd edib ki, xeyir-şər evlərinin fəaliyyətinin dayandırılması ilə bağlı quruma hər hansı sakin müraciəti daxil olmayıb: “Belə müraciətlər daxil olarsa, məsələ aidiyyəti qurumlarla birlikdə araşdırılaraq aydınlıq gətiriləcək”.

Qurum sonda bildirib ki, mövzu ilə bağlı yayılan məlumatlar əsassızdır.

Seçilən
1
6
nocomment.az

10Mənbələr