AZ

Bakı sakinlərinə xəbərdarlıq Sabah axşamədək bağlı olacaq

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyət kəsb edən iki əsas istiqamətdə təmir işlərinə başlanılır. Bu səbəbdən martın 25-i səhər saat 08:00-dan etibarən həm Abbasqulu ağa Bakıxanov küçəsində, həm də Hüseyn Cavid prospektində avtomobillərin hərəkəti dayandırılacaq.Məhdudiyyət Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə kəsişməsindən Səməd Vurğun küçəsinədək olan hissəsini əhatə edir. Eyni zamanda Hüseyn Cavid prospektində də təmir briqadaları işə başlayacaq. Burada Seyfəddin Dağlı küçəsi ilə Landau küçəsi arasındakı məsafədə hərəkət hər iki istiqamətdə qapadılacaq.Təmir prosesinin martın 26-sı saat 22:00-dək yekunlaşması planlaşdırılır. Sürücülərə tıxaclardan qaçmaq üçün əvvəlcədən alternativ yollardan istifadə etmək tövsiyə olunur.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
demokrat.az

1Mənbələr