AZ

FHN dən sel xəbərdarlığı: Təhlükəli ərazilər açıqlandı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bugündən ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi, bəzi bölgələrdə intensiv yağıntı və şimşək çaxacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına görə, dağ çaylarından qısamüddətli sel keçməsi, yüksək dağlıq ərazilərdə isə qar uçqunu ehtimalı var.Fövqəladə Hallar Nazirliyi yaranmış vəziyyətlə bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb. Qurum sel təhlükəsi olan yerlərdən uzaq durmağı, ildırım zamanı isə elektrik cihazlarını şəbəkədən ayırıb telefonla danışmamağı tövsiyə edir. Açıq havada olan şəxslər hündür ağacların altında daldalanmamalı,

avtomobildə olanlar isə hərəkəti dayandırıb şüşələri qaldıraraq təhlükənin keçməsini gözləməlidirlər.Xüsusilə dağlıq rayonlarda temperaturun yüksəlməsi qar kütlələrinin hərəkətinə səbəb ola bilər. Bu səbəbdən dik yamaclardan kənar gəzmək həyati önəm daşıyır. Hər hansı təhlükə ilə üzləşdikdə dərhal "112" qaynar xəttinə məlumat verilməsi xahiş olunur.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
demokrat.az

1Mənbələr