AZ

Bakıda mənzil fantastik qiymətə satışa çıxarıldı - FOTOLAR

Paytaxtın mənzil bazarında qiymətlərin artım dinamikası sürətlə davam edir. Xüsusən mərkəz əraziləri təşkil edən Səbail, Nəsimi və Nərimanov kimi rayonlarda daşınmaz əmlak qiymətləri əl yandırır.

Turkustan.az Yeni Sabah-a istinadən xəbər verir ki, hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb.

Qiyməti “dodaq uçuqladan” mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür. 18 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən bu evin əsas üstünlükləri isə 24/7 mühafizə və lazımi infrastruktur obyektlərinə yaxın olmasıdır.

Sözügedən mənzilin fotolarını təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Seçilən
4
7
turkustan.az

9Mənbələr