Göygöldə əlində pirotexniki vasitə partlayan yeniyetmənin barmağı amputasiya olunub
Göygöl rayonunun Üçtəpə kəndində 13 yaşlı yeniyetmənin əlində pirotexniki vasitə partlayıb. 1news.az-ın məlumatına görə, hadisə martın 22-də qeydə alınıb. Gəncə şəhər sakini Sübhan Xaliq oğlu Bayramovun əlində pirotexniki vasitənin partlaması nəticəsində əlləri əzilmiş-deşilmiş və bir barmağı amputasiya olunub. Araşdırma aparılır.