AZ

Əlavə neft ehtiyatlarını bazara çıxarmağa hazırıq - Beynəlxalq Enerji Agentliyi

Bakı. Trend:

Zərurət yarandığı təqdirdə əlavə neft ehtiyatlarının bazaraçıxarılmasına başlamağa hazırıq.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyininrəhbəri Fatih Birol bildirib.

Fatih Birol bu bəyanatı Tokioda, Yaponiyanın Baş naziri SanaeTakaiçini Yaxın Şərqdəki müharibə ilə bağlı vəziyyətin uzanacağıtəqdirdə agentliyə ehtiyatlardan əlavə həcmdə neftin bazaraçıxarılmasına hazırlaşmağı xahiş etməsindən sonra səsləndirib.

Sözügedən münaqişə o cümlədən, neft tədarüklərinin əsasmarşrutlarından sayılan Hörmuz boğazından neft daşınmalarındakıfasilələr dünya üzrə enerji daşıyıcılarının qiymətlərində kəskinartıma səbəb olub.

Bu ayın əvvəlində BEA bildirmişdi ki, təşkilata üzv ölkələrYaxın Şərqdəki müharibənin təsirini yumşaltmaq məqsədiləehtiyatlarından 400 milyon barel nefti bazara çıxaracaqlar. Bu,təşkilatın tarixində ən böyük belə addım olacaq.

Birol qeyd edib ki, anbarlarda hələ də əhəmiyyətli həcmdə neftqalır.

“Ehtiyatlarımızın 80 faizi hələ də bizim ixtiyarımızdadır. Bu400 milyon barel ümumi ehtiyatların cəmi 20 faizini təşkil edib.Zərurət yaranarsa, irəliləməyə hazırıq, lakin çox ümid edirəm ki,buna ehtiyac olmayacaq”, – o bildirib.

Seçilən
21
3
az.trend.az

4Mənbələr