AZ

13 yaşlı uşağın əlində protexniki vasitə partladı: Barmağı kəsildi

Göygöldə əlində protexniki vasitə partlayan 13 yaşlı uşağın barmağı amputasiya edilib.

"Cebheinfo.az" xəbər verir ki, APA-nın məlumatına görə, hadisə martın 22-də rayonun Üçtəpə kəndi ərazisində baş verib.

Məlumata görə, Gəncə şəhər sakini 2013-cü il təvəllüdlü S.B-nın əlində pirotexniki vasitə partlayıb. Nəticədə onun əlində əzilmiş deşilmiş yaralar meydana gəlib və 1 barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
5
3
cebheinfo.az

10Mənbələr