AZ

Fars körfəzi ilə bağlı BƏYANAT

Fars körfəzi bölgəsinə yeni investisiyalar, eləcə də neft qiymətlərinin sabitliyi yalnız İran ordusunun zəmanətlərindən asılıdır.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

"Bölgədə sabitliyin İran silahlı qüvvələrinin qüdrəti ilə təmin edildiyi aydınlaşana qədər nə regionda yeni investisiyalar olacaq, nə də enerji və neft qiymətləri əvvəlki səviyyələrinə qayıdacaq. Sabitlik güc yolu ilə əldə ediləcək", - deyə qərargahın bəyanatında qeyd olunub.

Rəqiblərinə müraciət edən İran ordusu vəziyyətin əvvələ qayıtmayacağına, yalnız İran xalqına qarşı hərəkət etmək fikri tamamilə silindikdə və unudulduqda yenidən qurulacağına əmin olduqlarını bildirib.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı hesab edir ki, rəqiblərin strateji gücü strateji məğlubiyyətə çevrilib.

"Bu baxımdan uğursuzluğu heç bir razılaşma adlandırmaq olmaz", - deyə məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
8
olaylar.az

9Mənbələr