AZ

IDF: Tehranın mərkəzində dəniz raketləri istehsal edən iki zavoda zərbə endirilib

İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsaslanaraq, Tehran şəhərindəki dəniz qanadlı raketləri istehsal edən iki iri zavoda zərbə endirib.

APA xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələri (IDF) yayıb.

Hədəf alınan obyektlər İran Müdafiə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərirdi və rejim tərəfindən uzun mənzilli dəniz qanadlı raketlərinin istehsalı üçün istifadə olunurdu. Bu raketlər həm dənizdə, həm də quru hədəflərini sürətlə məhv etmək qabiliyyətinə malikdir.

Məlumata görə, zərbələr nəticəsində raket istehsalı müəsisələrinə ciddi ziyan vurub.

Seçilən
26
5
apa.az

6Mənbələr