AZ

İraqda hərbi obyektə endirilmiş zərbədə çox sayda hərbçi həlak olub

Bakı. Trend:

İraqın Ənbər vilayətində yerləşən hərbi obyektlərə endirilənzərbələr nəticəsində İraq Silahlı Qüvvələrinin yeddi hərbiqulluqçusu həyatını itirib, daha 13 nəfər isə yaralanıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyiməlumat yayıb.

Nazirliyin məlumatına əsasən, hava hücumuna İraq MüdafiəNazirliyinin tabeliyində olan Əl-Habbaniyə hərbi hospitalı, eləcədə Əl-Habbaniyə istehsalat idarəsinin binası məruz qalıb.

İraqın Müdafiə Nazirliyi hava zərbələrini pisləyərək, bununtibbi müəssisələrin və personala hücumları qadağan edib beynəlxalqhüquq və normaların kobud və ciddi pozuntusu olduğunu bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun BaşQərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, AliLiderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiənaziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali MilliTəhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatınınkomandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumlarızamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
19
3
az.trend.az

6Mənbələr