Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Yaxın Şərqdə davam edən müharibə ilə əlaqədar ABŞ Prezidenti Donald Tramp administrasiyası Tehranla müzakirələr aparmaq və döyüşləri dayandırmaq üçün 15 maddəlik atəşkəs planı təqdim etdiyini bildirib. Planın Pakistan vasitəsilə İran tərəfinə çatdırıldığı, Pakistanda potensial müzakirələrin keçirilməsi üçün vasitəçilik təklif edildiyi bildirilir.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, İran hökuməti bu diplomatik təşəbbüsü ciddi şəkildə rədd edib. İran Silahlı Qüvvələrinin sözçüsü İbrahim Zülfüqari dövlət mediasında çıxış edərək, ABŞ ın öz özlüyündə müzakirə apardığını və birbaşa dialoqa girilməyəcəyini bəyan edib. O, Vaşinqtonun müzakirə masa¬sına oturmaq üçün yetərli mövqeyə malik olmadığını iddia edib və İranın ABŞ ilə müqavilə bağlamayacağını bildirib.
Xəbərdə həmçinin bildirilir ki, Tehran Vaşinqtonun keçmiş diplomatik addımlarına güvənmə¬diyini və hər hansı bir razılaşma üçün ciddi şərtlər tələb etdiyini vurğulayır. İran həmçinin ABŞ-nin tərəfdaş ölkələrlə və İsrail ilə koordinasiyadan əvvəl münaqişəni başladığını xatırladaraq, etibarsızlıq səbəbi ilə birbaşa danışıqlardan çəkindiyini qeyd edib.
Bu arada ABŞ Prezidentinin bəzi rəsmi açıqlamalarına baxmayaraq, Tehranla birbaşa danışıqların aparıldığı barədə rəsmi təsdiq yoxdur və hər iki tərəfin şərtləri arasında böyük fərqlər qalmaqdadır.
Müzakirələrə vasitəçilik təklifi, razılaşma şərtləri və hər iki tərəfin mövqeyi regionda sülhə nail olmaq istiqamətindəki çətinlikləri əks etdirir.
Cavid, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.