AZ

Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza köhnə Ələt–Astara magistralında, rayonun Parakənd kəndi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü Fariz Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub.

 

Hadisə nəticəsində Astara rayonunun Təxtənəkəran kənd sakini, 1984-cü il təvəllüdlü Leyla Kərimağa qızı İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

Məlumata görə, 42 yaşlı qadın Astaradan Lənkərana atasının evinə qonaq gəlirmiş. O, marşrutdan düşərək yolu keçmək istəyərkən qəza baş verib.Faktla bağlı araşdırma aparılır.Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
bizim.media

2Mənbələr