Lənkəran rayonunda ailə üzvlərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Qeyd edək ki, qəzaya düşən avtomobil daha əvvəl müğənni Xuraman Şuşalıya məxsus olub.
Nəticədə avtomobildə olan 6 nəfər – eyni ailənin üzvləri müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

