AZ

OpenAI Disney ilə 1 milyard dollarlıq sazişi ləğv etdi

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"OpenAI" "Disney" media korporasiyası ilə bağladığı 1 milyard dollarlıq müqaviləni ləğv edəcək və "Sora" adlı süni intellekt əsaslı foto və video generator layihəsindən imtina edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Qeyd olunur ki, bu qərar şirkətlərin maliyyə yatırımları və lisenziyalaşdırma üzrə razılaşmasından cəmi yarım ildən az müddət sonra qəbul edilib.

Ötən ilin dekabrında "Disney" təxminən 730 milyard dollar dəyəri olan "OpenAI" startapına 1 milyard dollar investisiya qoymağı və bunun müqabilində öz personajlarının "Sora" platformasında istifadəsinə icazə almağı qərara almışdı. Müqavilə "Marvel", "Pixar" və "Star Wars" kimi françayzlardan 200-dən çox personajı — o cümlədən Mikki Maus, Zoluşka, Lilo və Stiç kimi obrazları əhatə edirdi. Lakin razılaşma aktyorların xarici görünüşü və səslərinin istifadəsinə şamil edilmirdi.

"OpenAI" və "Disney" istifadəçilərin ilk videoları artıq bu ilin əvvəlində görəcəyini gözləyirdi. Lakin "Sora" tətbiqi gözlənilən tələbi əldə edə bilməyib və iqtisadi çətinliklərlə üzləşib.

"Disney" isə "OpenAI"nin video yaratma istiqamətindən imtina etməsini və resurslarını başqa sahələrə yönəltmək qərarını hörmətlə qarşıladıqlarını bildirib. Eyni zamanda şirkət süni intellekt platformaları ilə əməkdaşlığı davam etdirəcəyini və auditoriya ilə əlaqə qurmaq üçün yeni imkanlar axtaracağını qeyd edib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
qaynarinfo.az

1Mənbələr