AZ

Rusiya FSB-nin gəmisi Ukraynanın hücumundan sonra – FOTO

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Ukrayna ordusu Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, hücum nəticəsində Rusiyanın Purqa döyüş buzqıran gəmisi vurulub.
 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinə məxus olan bu gəmi həm buzqıran gəmilərin, həm də hərbi gəmilərin funksiyalarını yerinə yetirir.


Qeyd edək ki, Ust-Luqa limanında Rusiyanın ən böyük neft terminalı yerləşir. Sözügedən limandan neft məhsullarının xarici bazarlara tədarükü üçün istifadə edilir.


Bizim.Media

Seçilən
22
1
bizim.media

2Mənbələr