GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Biz heç vaxt Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağımızı bəyan etməmişik”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
Baş nazir Nikol Paşinyanın “Yelk” blokunun deputatı olduğu dövrdə belə bir məsələ qaldırdığı xatırladanda Rubinyan bildirib:
“Dinləmələr olub, amma hakim “Vətəndaş Müqaviləsi” Partiyası 2018-ci ildən əvvəl heç vaxt hakimiyyətə gələcəyi təqdirdə AİB-dən çıxacağımızı bəyan etməyib. Bəli, ondan əvvəl “Yelk” blokunun təşəbbüsü ilə bu məsələ ilə bağlı dinləmələr keçirilmişdi”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.