AZ

Rusiya Avropa İttifaqını qınadı

Rusiya Xarici İşlər Nazirliyi Rusiya təbii qazından imtina edən Avropa İttifaqındakı (Aİ) iqtisadi vəziyyəti "özünü xədim etmə" kimi xarakterizə edib.

"Cebheinfo.az" xəbər verir ki, "Sputnik" radiosunun qonağı olan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Rusiya mənşəli resurslardan imtina siyasətinə davam edəcəkləri barədəki sözlərini şərh edib:

"Mən bu prosesi "özünü xədim etmə" adlandırıram. Bu prosesin Aİ-nin "ilk növbədə ehtiraslarını cilovlaya bilməməsindən" qaynaqlanır”.

Bu siyasətə müqavimət göstərən Macarıstan və Slovakiya kimi ölkələrin olduğunu deyən rusiyalı diplomat, bu "hərəkatın" başında Almaniyanın durduğunu qeyd edib.

Almaniya iqtisadiyyatının vaxtilə bu ölkənin ən mühüm simvolu olduğunu xatırladan Zaxarova, lakin indi ölkədəki vəziyyətin hər keçən il daha da pisləşdiyini vurğulayıb.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr