“Borussiya Dortmund” müdafiəçisi Niko Şlotterbeklə müqaviləni uzatmağa yaxındır.
Publika.az xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.
Bildirilir ki, yeni müqavilə üzrə danışıqlar başa çatmaq üzrədir. Müqavilənin 2031-ci ilin iyun ayına qədər uzadılması gözlənilir.
Onun maaşı bonuslar da daxil olmaqla ildə 14 milyon avroya qədər artacaq. Onun sərbəst qalma məbləği də təxminən 60 milyon avroya qədər artırılacaq.