AZ

Ombudsman Aparatından uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı VİDEOÇARX

Ombudsman

Uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə işinin aparılması Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir.

1news.az xəbər verir ki, Ombudsmanın təşəbbüsü ilə rəqəmsal mühitin uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılması və bu sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici videoçarx hazırlanıb.
Videoçarxda uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı valideynlərin və ümumilikdə cəmiyyətin məlumatlılığının artırılmasının, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunmasına nəzarətin gücləndirilməsinin əhəmiyyəti əks olunub.

Seçilən
0
3
1news.az

4Mənbələr