AZ

Azərbaycanda 2 ayda istehsal edilən kərpicin həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 79,1 min kubmetr tikinti kərpici istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 % azdır.

Bu il martın 1-nə ölkədə 22,8 min kubmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 665 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da 2024-cü ilə nisbətən 2,2 % çoxdur.

Seçilən
0
3
sia.az

4Mənbələr