AZ

Avropa tükənmiş yeraltı qaz anbarlarını doldurma mövsümünə başlayır

Avropa

Avropa ehtiyatları tükənmiş yeraltı anbarlarda qaz doldurma mövsümünə başlayır.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, bu regionu Asiya alıcıları ilə təchizat uğrunda rəqabəti gücləndirməyə məcbur edəcək.

Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatına görə, Niderlandın yeraltı qaz anbarlarındakı ehtiyatlar tarixi minimuma enərək təxminən 6%-ə düşüb. “Bloomberg” yazır ki, regiondakı ən böyük anbar tutumuna malik Almaniyada ehtiyat səviyyəsi də adi səviyyədən xeyli aşağıdır - təxminən 22%.

Qeyd edək ki, bir müddət öncə Avropa Komissiyasının enerji üzrə komissarı Dan Yorgensen ölkələri anbarları vaxtından əvvəl doldurmağa çağırmışdı. Avropa Komissiyası qaz anbarlarını doldurma prosesində “elastiklik” göstərməyi tövsiyə edib və növbəti qışa qədər minimum doldurma səviyyəsini 80%-ə endirməyi təklif edib ki, bu da 2022-ci ildən tələb edilən səviyyədən 10% aşağıdır.

Seçilən
1
2
xalqcebhesi.az

3Mənbələr