AZ

Biləsuvarda ağır qəza – Yaralılar var – VİDEO

Ələt–Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə “Mercedes” və “Ssang Yong Rexton” markalı avtomobillərin iştirakı ilə qeydə alınıb.
 

Qəza zamanı “Rexton”da olan Qubadlı rayonu sakinləri – 3 nəfər xəsarət alıb və onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


“Mercedes”də olan bir nəfər isə topuq nahiyəsindən zədə alıb. Yaralıya ilkin tibbi yardım göstərilməsi üçün o, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumata görə, hər iki avtomobil Astara istiqamətində hərəkətdə olub. Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
2
8
bizim.media

9Mənbələr