Orta Şərqdə gərginlik davam edir.
İraqda hərbi obyektlərə hava hücumu həyata keçirilib.
7 hərbçi həlak olub
İraq Müdafiə Nazirliyinin açıqlamasına görə, bu gün saat 09:00 radələrində Habbaniyə Hərbi Dispanseri və Habbaniyə bölgə komandanlığına bağlı bölməyə edilən hava hücumu nəticəsində 7 hərbçi həyatını itirib, 13 hərbçi isə yaralanıb.
Açıqlamada bildirilib ki, hücum xidmət başında olan hərbçiləri hədəf alıb. Hazırda axtarış-xilasetmə qrupları hadisə yerində fəaliyyətini davam etdirir.
“Beynəlxalq hüququn açıq pozuntusu”
Nazirlik vurğulayıb ki, hərbi tibbi obyektlərin hədəf alınması beynəlxalq hüququn və humanitar dəyərlərin açıq şəkildə pozulmasıdır.
Açıqlamada tibbi obyektlərə hücumun qəbuledilməz olduğu qeyd olunub.