AZ

Plastik qablar qadağan olunur

Ermənistan parlamenti plastik torbalar və süfrə qablarını qadağan edən qanun qəbul edib.

News365.az yerli KİV-ə istinadən xəbər verir ki, 1 yanvar 2027-ci il tarixindən etibarən pərakəndə satış və iaşə müəssisələrində birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik torbaların və plastik süfrə qablarının satışına və istifadəsinə qadağa qoyulacaq. Qərar parlament tərəfindən ikinci və son oxunuşda qəbul edilib.

Sıxlığı 50 mikrondan çox və 50 mikrondan az olan bütün plastik torbalar da qadağan ediləcək. Alternativ olaraq təkrar istifadə edilə bilən kağız və parça torbalar təklif olunur.

Təkrar emal olunmuş zibil torbaları və qapaqlı plastik butulkalar, eləcə də yağ, ət, dənli bitkilər və digər əşyaların qablaşdırılması üçün istifadə olunan torbalar üçün istisnalar ediləcək.

Qadağanı pozan sahibkarlıq subyektləri inzibati cəzaya məruz qalacaqlar: ilk dəfə xəta törədildikdə xəbərdarlıq, təkrar xəta törədildikdə isə 100.000-150.000 dram cərimə tətbiq ediləcək. Hazırda cərimə 30.000-100.000 dramdır.

Seçilən
15
2
news365.az

3Mənbələr