AZ

Bu da AZAL ın xidməti... Biabırçılıqdır Blogerdən narazılıq + VİDEO

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Bloger Əlixan Rəcəbov Azərbaycan Hava Yollarının (AZAL) fəaliyyətindən narazılığını bildirib.

Mia.az Kontekst.az-a istinadla xəbər verir ki, o, bu barədə “Instagram”da paylaşım edib.

Bloger bildirib ki, martın 23-də AZAL təyyarəsi ilə Moskvaya uçublar. Lakin aeroporta endikdən sonra 300-dən çox sərnişinin çamadanı gəlib çatmayıb.

“Bu da bizim AZAL-ın göstərdiyi xidmət. Hazırda hamımız çamadanlarımızı tapmaq üçün ərizələr yazırıq. Biabırçılıq…”, – Əlixan Rəcəbov deyib.

Hələlik AZAL-dan məsələ ilə bağlı açıqlama verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
mia.az

1Mənbələr