AZ

İran İsraildə strateji nöqtələrə RAKET ATDI: Dimona yaxınlığında güclü PARTLAYIŞ - VİDEO

İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları zamanı strateji hədəflər, o cümlədən Dimona nüvə tədqiqat mərkəzinin yaxınlığındakı ərazilər hədəf alınıb.

Musavat.com "Tasnim"ə istinadən xəbər verir ki, raketlərdən biri Dimona yaxınlığında yerləşən Rotem sənaye zonasına düşüb.

Ərazidə fosfat, uranla bağlı obyektlər və ammonyak zavodu yerləşir.

Sosial şəbəkələrdə yayılan və hadisə anını əks etdirən videolarda raketin birbaşa Negev səhrasındakı Rotem bölgəsinə düşdüyü və güclü partlayışın baş verdiyi görünür.

Xatırladaq ki, Dimona İsrailin ən yüksək səviyyədə qorunan strateji zonalarından biri hesab olunur. 

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr