ain.az, Sherg.az saytına istinadən bildirir.
Bakının nəqliyyat infrastrukturu ilə bağlı konsepsiya var, amma işlək deyil
Yağışlı hava şəraitində paytaxt yollarında tıxaclar müşahidə edilib. “Koroğlu” Nəqliyyatın Mübadilə Mərkəzindən Mərdəkan istiqamətində avtobuslar yarım saat tıxacda qalıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan yerüstü Nəqliyyat Agentliyi – AYNA nə qədər islahat aparsalar da, müasir texnologiyaların tətbiq edildiyi bldirsələr də, şəhərin tıxac problemi həllini tapmır. Niyə?
Sosial məsələlər üzrə mütəxəssis İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, Bakının nəqliyyat infrastrukturu ilə bağlı konsepsiya var, amma işlək deyil:
-Tıxac illərin problemidir, konsepsiya var, amma real işlək vəziyyətə gətirilmir ki tıxac problemi heç olmasa müəyyən qədər aradan qalxsın. Həllini gözləyən bir sıra məsələlər var: yerüstü nəqliyyat inkişaf etdirilməli, metrobuslar tətbiq edilməlidir, avtobuslararası interval qısaldılmalıdır, xəttə daha çox və yararlı, rahat avtobuslar buraxılmalıdır, vətəndaşlar icitmai nəqliyyatdan istifadəyə təşviq edilməlidir. Bilirisiniz ki yol-nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı Dövlət Proqramı (2030-cu ilədək) təsdiq edilib, dairəvi yolların tikintisi, tramvay xəttinin çəkilişi nəzərdə tutulur, 28 may-Azadlıq metrosu, Binəqədi iqtiqamətində. İctimai nəqliyyatın şaxələndirilməsi baş verməlidir. Bu, baş verməyincə ömrümüz tıxaclarda keçəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.