AZ

"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"

Xəbər verdiyimiz kimi, Türkiyədə silahlı hücum zamanı qətlə yetirilən 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçı cinayətində saxlanılanlar arasında müğənni Sibel Canın qızı Melisanın keçmiş nişanlısı, iş adamı Bilal Kadayıfçıoğlunun oğlu Alaattin Kadayıfçıoğlu da yer alıb.

Publika.az xəbər verir ki, Melisanın atası Hakan Ural ilk dəfə məsələyə münasibət bildirib:

"Melisanın nə səhvləri olubsa, həmişə yanında olmuşam. 30 yaşı var. Tək münasibətdə olduğu da Alaattin olmayıb. Bu məsələ olmasaydı, heç bunu da bilməyəcəkdiniz. Onlar ayrılalı bir il yarım olub. Mən uşaqlarımda gördüyüm səhvləri irad bildirirəm, amma onları heç vaxt bu mövzuda tək buraxmaram. Zamanla səhvlərini özlərinin görməyinə çalışıram.

Qızım Alaattinlə münasibətdə olduğu vaxt şəkilləri yayıldı. Çünki anası Sibel Can, atası da mənəm. Adi bir qız il ərzində 10 adamla münasibətdə olsa, xəbəriniz olmaz. Amma məşhurun qızı olanda “ildə 100 adamla sevgili olur” kimi xəbərlər çıxır. Normal davranan adama nə etməli idim? Nə bilərdim ki, cinayət işləyəcək?

Onun atası ilə də iki dəfə oturmuşuq. Qızım ondan ayrılanda bilirsiniz heç nələr yaşadı? Nə bilirsiniz ki, nə danışırsınız? Heç nədən xəbəriniz yoxdur. Qızımla 2 il sevgili oldular. Bizi tanış etmək istəyəndə razılaşdım ki, görüm kimlə oturub-durur.

Seçilən
6
4
publika.az

5Mənbələr