AZ

Rusiya benzin ixracına qadağanın bərpasını müzakirə edir

Rusiya daxili yanacaq bazarını sabitləşdirmək məqsədilə benzin ixracına qoyulan qadağanın bərpasını nəzərdən keçirir.

Moderator.az xəbər verir ki, dövlət qurumları məhdudiyyətlərin tətbiqi imkanlarını müzakirə etsə də, hələlik yekun qərar qəbul olunmayıb və bu məsələ ilə bağlı ortaq mövqe formalaşmayıb. Bildirilir ki, müzakirələr dizel yanacağına deyil, yalnız benzinə aiddir.

Məsələnin Aleksandr Novakın iştirakı ilə keçiriləcək iclasda müzakirə olunacağı və ixracla bağlı qərarın da həmin toplantıda verilə biləcəyi qeyd edilir.

Mənbələrin sözlərinə görə, mümkün qadağa mövsümi tələbat artımını təkbaşına tam aradan qaldırmasa da, bazarın sabitləşdirilməsi üçün kompleks tədbirlərin bir hissəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, daha əvvəl Aleksandr Novak qlobal enerji böhranı fonunda yanacaqdoldurma məntəqələrində qiymət artımının qarşısını almaq və bazarın sabitliyini təmin etmək üçün təcili addımların vacibliyini vurğulayıb. O bildirib ki, hazırda neft məhsullarının dünya bazarlarında qiymətlərində əhəmiyyətli artım müşahidə olunur.

Seçilən
0
2
moderator.az

3Mənbələr