AZ

Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tezliklə Türkiyənin "Kaşıbeyaz" restoranlar şəbəkəsinin Bakıda da şöbəsi açılacaq.

Marja.az xəbər verir ki, bunu "Kaşıbeyaz Lezzet Grubu"nun qurucusu və Baş direltoru Ahmet Kaşıbeyaz bildirib.

Kabab və paxlava deyildikdə ilk ağıla gələn, Türkiyə mətbəxinin ləzzətlərini bu günə qədər yaşadan "Kaşıbeyaz" brendinin restoranı "Dreamland" yaşayış və əyləncə mərkəzində fəaliyyətə başlayacaq.

Qeyd edək ki,  "Kaşıbeyaz" brendinin hekayəsi Ahmet Kaşıbeyazın gördüyü bir yuxudan sonra qaşının ağarması ilə başlayır. Bu yuxunun həyatını dəyişdirdiyinə inanan Ahmet Kaşıbeyaz əvvəlki “Besim” soyadını da dəyişərək Kaşıbeyaz edir. Onun sözlərinə görə, yuxusunda girdiyi bir mağarada qızıl yığınları görür və bu qızılları əlindəki kürəklə qarışdırır. Səhər oyanıb məktəbə gedir və yuxusunu dostuna danışır. Növbəti gün isə bir qaşının ağardığını görür. Yuxunu yozanlar bunun çox uğurlu gələcəyə işarə etdiyini və Tanrının bunu bir nişanə kimi göndərdiyini bildirirlər. Bundan sonra açılan bütün obyektlər “Kaşıbeyaz” adlandırılır və ilk gündən etibarən bolluq və bərəkət içində minlərlə müştəriyə xidmət göstərir.

“Kaşıbeyaz”ın Türkiyə ilə bərabər Birləşmiş Ərəb Əmirlikləri (Dubay), Qətər (Doha) və İranda şöbələri fəaliyyət göstərir. Yaxın gələcəkdə şəbəkənin Düsseldorf (Almaniya), Qahirə (Misir), Sankt-Peterburq (Rusiya), Moskva (Rusiya), Bağdad (İraq), Özbəkistan (Daşkənt), və Azərbaycanda (Bakı) restoranlarının açılması nəzərdə tutulur.an

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
marja.az

2Mənbələr