AZ

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub. Xüsusilə ağır metal olan kadmiumun qida zəncirinə necə daxil olduğu və bədəndən atılmasının onilliklər çəkdiyi vurğulanır.

Milli.Az xəbər verir ki, hesabata görə, kadmium qurğuşun və civə ilə birlikdə ən yüksək risk qrupuna daxildir. Bu maddənin bədənə daxil olan miqdarının yarısının təmizlənməsi 10 ildən 30 ilə qədər vaxt aparır.

Əsas çirklənmə mənbəyi sənaye kənd təsərrüfatında istifadə olunan fosfatlı gübrələrdir.

Torpağa daxil olan bu ağır metal bitkilər vasitəsilə böyüyür və süfrəmizə gələn qidalara keçir.

Yüksək dozada kadmium böyrək çatışmazlığına, ürək tutması riskinin artmasına, xərçəng hüceyrələrinin inkişafına və sonsuzluğa səbəb ola bilər.

Ən çox çirklənmiş qidalar hansılardır?
Siqaret çəkməyən insanlarda kadmiumun bədənə daxil olmasının 98%-i birbaşa qidalanma yolu ilə baş verir. Anses-in məlumatına görə, ən yüksək çirklənmə bu məhsullardadır:

Taxıl məhsulları: Çörək, səhər yeməyi üçün sıyıqlar (gevrəklər), makaron, düyü, biskvit və digər xəmir işləri.

Tərəvəzlər: Başda kartof olmaqla bir çox tərəvəz növü.

Buğda məhsullarını məhdudlaşdırın: Buğda əsaslı qidaların istehlakını azaltmaq lazımdır.

Paxlalılara üstünlük verin: Buğda törəmələrinin yerinə mərci, noxud və lobya kimi paxlalı bitkiləri daha çox istehlak edin.

Çeşidli qidalanın: Daim eyni növ tərəvəz və ya taxıl yeməkdən qaçın ki, müəyyən bir maddə bədəndə həddindən artıq toplanmasın.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
12
1
milli.az

2Mənbələr