AZ

Bakı güclü turizm potensialına malikdir - Tomas Preynl

Bakı güclü turizm potensialına malik şəhərdir.

“İki sahil” xəbər verir ki, bu barədə almaniyalı səyyah Tomas Preynl "Report"a bildirib.

O, ilk dəfə Azərbaycan paytaxtına 25 il əvvəl səfər etdiyini və o vaxt şəhərin tamamilə fərqli göründüyünü söyləyib:

"Bu, mənim Bakıya üçüncü səfərimdir. Bura fantastik bir yerdir, aydındır ki, turizm infrastrukturuna böyük sərmayə qoyulur".

Qarabağa səfərindən danışarkən o, azad edilmiş əraziləri ziyarət etməkdən məmnun olduğunu qeyd edib: "Gördüklərim məni heyran etdi: dağıntılar təmizlənmiş, tarixi binalar bərpa olunmuş və Qarabağ tədricən müharibədən əvvəlki görünüşünə qayıtmışdı. Əminəm ki, Qarabağ bölgəsindəki şəhərlər ötən ildən daha da yaxşı görünəcək".

Seçilən
0
2
ikisahil.az

3Mənbələr